Amerikalı üzgüçü Reqan Smit 100 metr məsafəyə arxası üstə üzməkdə dünya rekordunu yeniləyib.

Futbolinfo.az xəbər verir ki, İndianapolisdə keçirilən Olimpiya təsnifat turnirində Smit məsafəni 57,13 saniyəyə qət edib.

O, 2023-cü ilin oktyabrında avstraliyalı Kayla Mkkiun tərəfindən müəyyən edilmiş dünya rekordunu (57,33) qırıb.

“Düşünürəm ki, 57 saniyənin altına düşmək mümkündür – mən və ya rəqiblərimdən biri bunu edə bilər.

Gözəl bir yarış idi. Amma ideal deyildi. Düzəldiləsi şeylərin olduğunu bilirəm və problemlərin aradan qaldırılması üçün çalışacağam”, – deyə Smit yarışdan sonra fikirlərini bildirib.

Xatırladaq ki, 22 yaşlı üzgüçü Tokio Olimpiadasının üçqat mükafatçısı (0-2-1), həmçinin qadınlar arasında üçqat dünya çempionudur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp