Almaniyanın “Leypsiq” klubu baş məşqçisi Marko Roze ilə müqavilənin müddətini artırıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə başa çatan sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir.

Marko Roze 2022-ci ilin sentyabrından Bundesliqa klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında 2022/2023 mövsümündə Almaniya kubokunu və Almaniya Super Kubokunu qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp