Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Almaniya – Macarıstan matçı başa çatıb.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma Bundestimin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Almanların heytində hesabı 23-cü dəqiqədə Camal Musiala açıb. 67-ci dəqiqədə isə İlkay Gündoğan matçın yekun hesabını müəyyənləşdirib.

Almaniya yığması A qrupundakı ilk görüşündə Şotlandiya millisinə də qalib gəlmişdi – 5:1.

AÇ-2024
A qrupu
19 iyun

Almaniya – Macarıstan 2:0
Qollar: Musiala, 22. Gündoğan, 67.
Baş hakim: Denni Makkeli (Niderland).
Ştutqart, “MHP Arena” stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp