Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.

Futbolinfo.az xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.

Bu gün onlardan daha biri – Akif Abdullayev körpücük üzərinə çıxıb. O, yaşı 17-yə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 116 kq-ı ram edib və bu hərəkətdə 6-cı olub.

Təkanla qaldırma hərəkətində isə Akifin 142 kq-a 3 yanaşmasının heç biri uğurlu olmayıb və o, yarışı nəticəsiz başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp