Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Şotlandiya – İsveçrə matçı başa çatıb.

Futbolinfo.az xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib – 1:1.

Qarşılaşmada hesabı şotlandlar açıblar. 13-cü dəqiqədə Skott Matkominey fərqlənib. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb.

A qrupunun digər oyununda Almaniya Macarıstana 2:0 hesabı ilə qalib gəlib.

AÇ-2024
A qrupu

19 iyun

Şotlandiya – İsveçrə 1:1
Qollar: Skott Maktominey, 13 – Cerdan Şaqiri, 26.
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Köln, “Reyn Energi” stadionu.

Xal: Almaniya – 6. İsveçrə – 4. Şotlandiya – 1. Macarıstan – 0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp