“Heç-heçəyə layiq idik”. Bunu Albaniya millisinin baş məşqçisi Silvinyo Xorvatiya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis Xorvatiya millisinə hörmətlə yanaşmalı olduqlarını söyləyib: “Hər şeydən əvvəl qarşı tərəfə hörmət etmək lazımdır. Çünki Xorvatiya son bir neçə ildə həqiqətən yaxşı çıxış edir. Onların inanılmaz futbolçuları var. Bütün oyunu təhlil etmək çətindir. İlk hissədə çox yaxşı çıxış etdik, lakin ikinci yarıda çətinlik çəkdik. Heç-heçəyə layiq idik. Hətta qələbə qolunu da vura bilərdik, lakin olmadı”.

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün B qrupunun matçında Albaniya Xorvatiya yığması ilə heç-heçə edib – 2:2.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp