Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç ümidini itirməyib. İlk iki turda qələbəyə həsrət qalan mütəxəssis qrupdan çıxmaq üçün şanslarının qaldığına əmindir.

Təcrübəli mütəxəssis AVRO-2024-ün qrup mərhələsinin II turunda Albaniya ilə 2:2 hesabıyla bitən oyundan sonra bu barədə danışıb: “İki fərqli hissədən ibarət çətin oyun keçdi. Hesabda 2:1 önə keçməyimiz asan olmadı. Bununla belə, qələbə hesabını qoruya bilmədik. Biz hələ də varıq, davam edirik. Hər şey öz əlimizdədir. İspaniya ilə oyunumuz çox pis alınmışdı. Albaniya ilə matçda daha yaxşı görünürdük”.

Xatırladaq ki, ilk turda ispanlara 0:3 hesabıyla yenilən Daliçin yetirmələri növbəti matçda İtaliyanı məğlub etməyə məhkumdur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp