“Məqsədimiz bu cür sabit oynamaq, səviyyəmizi qorumaqdır “. Bunu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman Macarıstan ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.
36 yaşlı mütəxəssis qələbəyə rəğmən, oyunun çətin keçdiyini söyləyib: “Qarşılaşmanın gedişində səbr etməli olduğumuz anlar yarandı. Belə olduqda daha da böyüyürsən. Rəqib bəzi vaxtlarda bizə narahatlıqlar yaradırdı. Qalib gəlmək istəyirdik və bunu bacardıq”.
Qeyd edək ki, A qrupunun matçında Almaniya Macarıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib. Bu, Bundestimə evdə oynadığı yarışda qrupdan çıxmağı təmin etməyə imkan verib.