“Biz qarşımızda başqa cür Şotlandiya gözləyirdik”. Bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın Şotlandiya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis oyunun çətin keçdiyini söyləyib: “Oyun asan olmadı, lakin biz qarşımızda başqa cür Şotlandiya gözləyirdik. Düşünürdük ki, bizi daim təzyiq altında saxlayacaqlar. Qalib gəlmək üçün şanslarımız var idi. Lakin yararlana bilmədik”.

Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp