2024-25 mövsümündə Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sumqayıt”ın “Fehervar”la səfər oyununun yeri müəyyənləşib.

Futbolinfo.az saytı Macarıstan mətbuatına istinadən xəbər verir ki, adıçəkilən komanda ev matçını doğma arenasında qəbul edəcək. Belə ki, komandalar arasında cavab qarşılaşması Sekeşfehervar şəhərində yerləşən 14 min tamaşaçı tutumuna malik “Sostoi” stadionunda reallaşacaq. Bu, avqustun 1-nə təsadüf edəcək.

“Sumqayıt” isə bir həftə əvvəl – iyulun 25-də rəqibini öz meydanında qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp