“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Fehervar”ın yeni baş məşqçisi Tamaş Peto komandası ilə bağlı hədəflərini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis hücumameyilli komanda formalaşdırmaq istədiyini bildirib.

O, yeni sistemi ilk olaraq məhz “Sumqayıt”la görüşdə tətbiq edəcəyini vurğulayıb: “Əvvəlkindən fərqli oyun sistemi düşünürəm. Məqsədimiz futbolçuların bu sistemi mümkün qədər tez mənimsəməsidir. Hücum futbolu oynamağımızı istəyirəm. Bunu da ilk olaraq Konfrans Liqası matçında tətbiq etməyə çalışacağam. Əvvəlki komandalarımda nail olduğum məqsədləri burada da həyata keçirmək istəyirəm. Yeni mövsüm üçün prioritet hədəf gənc futbolçuları komandaya inteqrasiya etməkdir. Bu vəzifə mənə tanışdır. Təbii ki, bununla yanaşı, həm Konfrans Liqasında, həm də ölkə çempionatında mümkün qədər effektiv olmaq istəyirik”.

Qeyd edək ki, “Sumqayıt” “Fehervar”la ilk oyununu iyulun 25-də evdə, cavab görüşünü isə avqustun 1-də səfərdə keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp