Əfsanəvi tennisçi Rocer Federer Yannik Sinnerlə Karlos Alkaras arasındakı rəqabət haqqında fikirlərini bildirib.

“Bu barədə elə də çox düşünməmişəm, amma Sinner və Alkaras arasındakı qarşıdurma, mənim Nadalla olan rəqabətimə bənzəyir. Düşünürəm ki, hər bir oyunçunun öz üslubu və hədəfləri var və bunu söyləmək hələ ki, tezdir.

Sinner və Alkaras eyni nəsildəndirlər, çox güclüdürlər və bir-birinə hörmət edirlər. Onlar tennis karyeralarına əla başlayıblar və onların rəqabətinin maraqlı olacağı gözlənilir. Onların oyununu izləmək çox xoşdur”, – deyə isveçrəli tennisçi bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp