Bu gün futbol üzrə daha bir mötəbər turnirə start verilir. Okeanın o tayında Kopa Amerika başlayır.

İyunun 21-dən iyulun 15-dək ABŞ-da keçiriləcək turnirlə bağlı ən maraqlı məqamları sizin nəzərinizə çatıdırırıq.

Qruplar

Turnirdə 4 qrupa bölünməklə 16 komanda iştirak edir.

A qrupu. Argentina, Peru, Çili, Kanada.

B qrupu. Meksika, Ekvador, Venesuela, Yamayka.

C qrupu. ABŞ, Uruqvay, Panama, Boliviya.

D qrupu. Braziliya, Kolumbiya, Paraqvay, Kosta Rika.

c6b2f7d0 b3a5 4862 b396 89442aaa7419 - Futbolinfo.az

Qrupda hər komanda hər rəqibi ilə bir dəfə oynayacaq. Birinci və ikinci yerləri tutan komandalar turnirin növbəti mərhələsinə yüksələcək. Üçüncü yeri tutan komandalar, Avro-2024-dən fərqli olaraq turniri tərk edəcək.

Pley-off

1/4 final mərhələsinin oyunları iyulun 5-də başlayacaq.

D qrupunun qalibi – C qrupunun ikinci yeri;

C qrupunun qalibi – D qrupunun ikinci yeri;

B qrupunun qalibi – A qrupunun ikinci yeri;

A qrupunun qalibi – B qrupunun ikinci yeri.

Bundan sonra yarımfinallar və bir final keçiriləcək.

Turnirin seçilən xüsusiyyətlərinə nəzər saldıqda, ilk dəfə olaraq çəhrayı kartlardan istifadə olunacağını qeyd etmək mümkündür. Bu vərəqələr cəza və ya xəbərdarlıq üçün deyil, beyin sarsıntısı keçirmiş oyunçunu əvəz etmək üçün göstəriləcək. Çəhrayı kart alan oyunçulardan tibbi yardım üçün dərhal komandanın paltardəyişmə otağına getmələri tələb olunacaq.

8e21276b 972e 49ad bc84 90cf2c73c846 - Futbolinfo.az

Turnirin favoritləri

Təbii ki, əsas favorit il yarım əvvəl dünya çempionu olmuş Argentina millisidir. Lionel Messi və komanda yoldaşlarından yeni uğurlar gözlənilir və bir çox ekspert onların üç il ərzində üçüncü titulunu qazanacağına şübhə etmir.

Digər ənənəvi favorit Braziliya millisidir. Komandanın hücum xətti həmişə olduğu kimi fantastikdir. Lakin son zamanlarda komanda halında ciddi uğur yoxdur. Bir çox keçmiş futbolçular bu səbəbdən hazırkı nəsli ciddi şəkildə tənqid edir.

Digər favorit kimi Uruqvay millisini göstərmək olar. Çox güman ki, Luis Suares üçün turnir milli səviyyədə sonuncu olacaq.

76262eb1 a612 4057 a673 8aa0f201259f - Futbolinfo.az

Bu turniri qəbul edən ABŞ də xoş sürpriz ola bilər. Amerikalılar ev sahibliyi edəcəyi dünya çempionatına fəal şəkildə hazırlaşırlar, bu səbədən də milli komandanın inkişafına böyük sərmayə qoyurlar. Bu heyət, şübhəsiz ki, tarixinin ən istedadlı heyətidir: demək olar ki, bütün oyunçular xaricdə oynayır. “Milan”dan Kristian Pulişiç, “Monako”dan Folarin Baloqun, “Yuventus”dan Timoti Vea, Matt Turner və “Nottingem Forest”dən Covanni Reyna turnirə səs sala bilər.

Çempionatın mükafat fondu 72 milyon dollara yüksəldilib. Hər bir iştirakçı 2 milyon dollar alacaq. 1/4 finala çıxan komandalara da əlavə eyni məbləğ ödəniləcək. Dördüncü yeri tutan komanda 4 milyon dollar, üçüncü 5 milyon dollar, ikinci 7 milyon dollar, qalib isə 10 milyon dollar qazanacaq.

d33b3da1 ab52 4b32 a5b0 796cd1c6db8c - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp