Yan Matsen “Aston Villa”da oynayacaq. Birmingem klubu niderlandlı futbolçunun transferini həll edib.

Futbolinfo.az xəbər verir ki, Surinam əsilli sol cinah oyunçusu “Çelsi”yə məxsusdur. Londonluların bir neçə dəfə fərqli klublara icarəyə verdiyi 22 yaşlı istedad son olaraq Dortmund “Borussiya”sında çıxış edib.

İngiltərə klubu bu dəfə futbolçunu birdəfəlik satmağa qərar verib. Fürsətdən istifadə edən “Aston Villa” onun Premyer Liqada qalmasını təmin edəcək. “Çelsi” Matseni 37,5 milyon avroya satmağa razılıq verib. Avropa Çempionatı bitən kimi müqavilə rəsmiləşməlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp