Amerikanın məşhur “Boston Seltiks” basketbol klubunun baş məşqçisi Co Mazzulla Milli Basketbol Assosiasiyasının (NBA) final seriyasında “Dallas Maveriks”lə oyunlara hazırlaşarkən məşhur futbol məşqçisi Xosep Qvardioladan kömək aldığını bildirib.

“Dallas Mavericks” liqada ən ağıllı müdafiəyə malik komandalardan biridir. Bu mənada, hücumumuza yaradıcı yanaşmalı olduq. Xosep oyunçuların yerləşdirilməsində mənə kömək etdi”, – deyə “Daily Mail” portalına müsahibəsində Mazzulla qeyd edib.

Xatırladaq ki, mövsümün final seriyasında “Dallas Mavericks”lə qarşılaşan “Seltiks” 4-1 hesablı qələbə qazanıb. Qalibi müəyyən edən beşinci oyun 106:88 hesabı ilə başa çatıb. Görüşün ən məhsuldar oyunçusu 31 xal toplayan Teytum olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp