Fransanın “Lill” klubunun futbolçusu Nabil Bentaleb təcili xəstəxanaya yerləşdirilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Foot National” nəşrinin məlumatına görə, 29 yaşlı əlcəzairli yarımmüdafiəçi infarkt keçirib.

Bentaleb ötən mövsüm bütün yarışlarda 34 oyun keçirib və üç məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində Almaniyada “Şalke”, İngiltərədə isə “Nyukasl” və “Tottenhem” klublarının formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp