“Çox maraqlı oyun olacaq” – bunu futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram deyib.

Moldovalı “çərçivə” qoruyucusu Avropa Liqasının təsnifat mərhələsinin ilk turunda baş tutacaq “Zirə” və “Şerif” arasındakı oyunlardan danışıb. O bildirib ki, Tiraspol təmsilçisi əvvəlki qədər güclü deyil: “Şerif”ə gəlincə, nə deyəcəyimi bilmirəm. Ötən mövsüm hamının öyrəşdiyi qədər güclü deyildilər. Ona görə də bu mübarizənin gərgin və maraqlı keçəcəyini düşünürəm”.

Avram “Şerif”in avrokubok təcrübəsinin üstünlük olduğunu bildirib: “Hansısa komandanın güclü olduğunu demək doğru olmaz. Sadəcə, “Şerif” avrokuboklarda qrup mərhələsində çox oynayıb, təcrübəsi var. Amma istənilən halda “Zirə”nin qalib gəlmək şansı qalır. Oyunlar bitməmiş nəsə demək olmaz”.

Qeyd edək ki, “Zirə” ilə “Şerif” arasında ilk görüş iyulun 11-də Tiraspolda, cavab matçı isə iyulun 18-də Bakıda baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp