İtaliya təmsilçisi “Venesiya”nın baş məşqçisi postundan ayrılıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Paolo Vanolinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

“Venesiya” 51 yaşlı mütəxəssisin rəhbərliyi altında İtaliya B Seriyasının 2023/2024 mövsümünü qalib kimi başa vuraraq A Seriyasına yüksəlib.

Vanoli daha əvvəl Rusiyanın “Spartak” (Moskva) kollektivini çalışdırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp