Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan İspaniya – İtaliya matçının (1:0) ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “buğalar”ın heyətində Niko Uilyams qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Oyuna start heyətində başlayan və görüşü yüksək səviyyədə keçirən 21 yaşlı hücumçu 78-ci dəqiqədə əvəzlənib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp