“Qarşılaşmanın final fitinə qədər təslim olmadıq və mübarizə apardıq”. Bunu Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç Sloveniyaya qarşı AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis məğlub olmaq istəmədiklərini söyləyib: “Qol imkanlarımız çox idi. Sloveniyaya məğlub olmaq istəmirdik və bu inadkarlığımız son dəqiqədə bəhrə verdi. Luka Yoviç heyrətamiz futbolçudur. Onun performansından çox razıyam”.

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün C qrupunun matçında Serbiya Sloveniya yığması ilə heç-heçə edib – 1:1. Komandanın hazırda bir xalı var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp