Sloveniya millisinin baş məşqçisi Matias Kek komandasının çıxışından razıdır. O, dünən AVRO-2024-ün qrup mərhələsinin II turunda əldə etdikləri xalı qənaətbəxş sayır.

62 yaşlı çalışdırıcı komandasının daha yaxşı yerlərə layiq olduğunu düşünür: “Göstərdiyimiz oyunla sübut etdik ki, Avropa çempionatlarında iştirak etməyə layiqik. Cəsarətli və dürüst oyun oynadıq. Məncə, bu yığma daha yaxşı yerlərə gələcək”.

Xatırladaq ki, C qrupunun matçında Serbiya ilə heç-heçə (1:1) edən Sloveniya qrupdan çıxmaq şansını saxlayır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp