“İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik”. Bunu İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Danimarkaya qarşı AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis oyunun gözlədikləri qədər yaxşı keçmədiyini bildirib: “Qarşılaşma bizim üçün bir o qədər uğurlu keçmədi. Topu özümüzdə çox saxlaya bilmirik. Düşünürəm ki, daha da yaxşı ola bilərdik. İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik. Sloveniya ilə matçda daha fərqli olmağa çalışacağıq”.

Xatırladaq ki, ilk oyunda qələbə qazanan ingilislər, dünən 1:1 hesablı heç-heçəyə imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp