“İngiltərəni məğlub edə bilərdik”. Bunu Danimarka millisinin baş məşqçisi Kasper Yulmann AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli çalışdırıcı heç-heçəyə görə məyus olmadığını bildirib: “Nəticəyə görə məyus deyiləm, amma daha yaxşısını edə bilərdik. Danimarka lazım olduğu kimi futbol oynayır. Futbolçularımız yüksək əzmkarlıq və xarakter göstərdilər. 90 dəqiqə ərzində əllərindən gələn hər şeyi etdilər”.

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün C qrupunun matçında Danimarka İngiltərə yığması ilə heç-heçə edib – 1:1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp