“İspanlar daha sürətli hücumlar qurmağı bacarırlar”. Bunu İtaliya millisinin baş məşqçisi Luçano Spaletti komandasının İspaniyaya uduzduğu oyundan sonra deyib.

Dünən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra təşkil olunan mətbuat konfransında 65 yaşlı mütəxəssis məyus olmadığını bildirib: “Oyuna görə məyus deyiləm. Görüşdən əvvəl məlum idi ki, ispanlar bizdən daha kəskin oyun nümayiş etdirəcəklər. Matç zamanı daha tez, lazımlı anda vacib qərar qəbul edirdilər. Bu bir az da psixoloji məsələdir. Növbəti matçda qalib gəlməyə çalışacağıq”.

Qeyd edək ki, ispanlar avtoqol sayəsində qələbə qazanaraq 1/8 finala vəsiqə qazandığı halda, İtaliya son turda xorvatlara uduzmamalıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp