AVRO-2024-də 1/8 finala vəsiqəni vaxtından əvvəl qazanan İspaniya millisinin baş məşqçisi Luis De La Fuente rahatlaşmayıb. O, İtaliya üzərində 1:0 hesablı qələbədən sonra iddialı danışıb, eyni zamanda ehtiyatlı davranıb.

62 yaşlı mütəxəssis sevincli olduğunu söyləyib: “Heç bir milli komanda bizdən güclü deyil. Amma yenə də çox çalışmaq lazımdır. Ehtiyatımızı qorumalıyıq. İtaliya matçında qalib gəldiyimiz üçün qürurluyam. Avropa çempionatı çox çətin turnirdir. İrəli getdikcə rəqiblərimiz bizi daha yaxşı tanıyacaq. AVRO-2024-də olduqca səviyyəli yığmalar çıxış edir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp