“Hyuston Rokets” komandası Nyu-Orlean təmsilçisinin daha bir təklifini rədd edib.

“The Athletic”in məlumatına görə, “Pelikans” hücumçu Brandon İnqram və mərkəz basketbolçusu Alperen Şengünlə treyd etmək istəyib. Qeyd olunur ki, Luiziana klubu İnqramı Filadelfiyaya dəyişmək təklifi də edib.

Şayiələrə görə, Nyu-Orlean klubu İnqrama maksimal müqavilə təklif etməyə hazır deyil. Bu səbəbdən də klub 26 yaşlı basketbolçunu dəyişmək istəyir.

21 yaşlı türkiyəli basketbolçu Şengün bu mövsüm orta hesabla 21,1 xal, 9,3 ribaund və 5,0 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp