İngiltərə millisinin və “Bayern”in hücumçusu Harri Keyn şahmata olan həvəsindən danışıb.

“Şahın gedişi” serialı yayımlandıqdan sonra şahmat öyrənməyə başladım. 10 dəqiqəlik blitsdə chess.com-a görə,  təxminən 1200 bal topladım və düşünürəm ki, bu, əla nəticədir!” — deyə Keyn “GQ Germany”yə müsahibəsində bildirib.

Serialın premyerası 2020-ci ilin oktyabrında “Netflix” platformasında baş tutub. Film 7 hissədən ibarət olub və 2020-ci ilin ən yaxşı mini-serialları reytinqinə daxil edilib.

Xatırladaq ki, hazırda 30 yaşlı britaniyalı hücumçu Almaniyada keçirilən Avropa çempionatında millinin heyətində yer alır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp