“Corriere della Sera”nın məlumatına görə, Viçensa əyalətində İtaliya millisinin sabiq hücumçusu Roberto Bacconun evi qarət edilib.

İnsident dünən axşam saatlarında, Avro-2024 çərçivəsində İtaliya və İspaniya milliləri arasında keçirilən oyun zamanı baş verib. Əllərində silah olan naməlum şəxslərdən ibarət dəstə Bacconun evinə soxulub. Keçmiş futbolçu müqavimət göstərmək istəsə də, onun başına tapança ilə zərbə endirilib. Bunun da nəticəsində əfsanəvi futbolçunun başında qanaxma baş verib.

Bundan sonra Bacco və ailə üzvlərini evin otaqlarından birinə qapadıblar. Soyğunçular saat, qızıl-zinət əşyaları və pul oğurlamağa müvəffəq olublar.

Xatırladaq ki, Bacco İtaliya millisində 56 oyunda 27 qol vurub. 1993-cü ildə hücumçu “Qızıl top”u qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp