Dünyanın sabiq bir nömrəli tennisçisi Karolin Voznyatski futbol üzrə Avropa çempionatında Danimarka və İngiltərə yığmaları arasında keçirilən oyuna qatılıb. O bu barədə fotolarını paylaşmaqla sosial şəbəkə hesabında məlumat verib.

Xatırladaq ki, matç Frankfurtda baş tutub və 1:1 hesabı ilə yekunlaşıb.

“Bu gün Danimarkaya azarkeşlik etməklə əla vaxt keçirdik! Gəlin növbəti matçda qalib gələk və irəliləməyə davam edək! Böyük qonaqpərvərliyə görə “Adidas”a təşəkkür edirəm!” – deyə Voznyatski yazıya imza atdı.

Danimarkalı Karolin Voznyatski bir “Böyük Dəbilqə” turnirinin qalibidir. Bir neçə gün əvvəl onun “Uimbldon” turnirinə xüsusi dəvət aldığı məlum olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp