“Kəpəz”in yay hazırlıq planı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Adil Şükürovun çalışdırdığı komanda iyun ayının 22-dən yeni mövsüm üçün məşqlərə başlayacaq. Məşqlər Gəncədə keçiriləcək.
Komandanın hazırlıq planı ilə bağlı daha geniş məlumatın qarşıdakı günlərdə veriləcəyi bildirilib.