Azərbaycan millisinin futbolçusu Emil Mustafayev klubunu dəyişməyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bir neçə klubun maraq dairəsindədir.

Ukraynanın “Polesye” klubunun formasını geyinən orta sahə oyunçusunun adı daha çox “Sivasspor”la birgə hallanır. Türkiyə təmsilçisi ilə yanaşı, Azərbaycan klubları da onu heyətlərinə cəlb etməyi düşünürlər. Lakin Mustafayev qərar verməyə tələsmir. O, daha böyük klubdan təklif alacağına inanır.

Ötən il “Polesye”yə “Aleksandriya”dan keçən Emil Mustafayevin komandası ilə müqavilə müddəti 2027-ci ilə qədərdir.

Qeyd edək ki, bu ildən Azərbaycan millisinə çağırılan yarımmüdafiəçi 4 oyunda iştirak edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp