Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Polşa – Avstriya görüşü başa çatıb.

Futbolinfo.az xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland – Fransa görüşü keçiriləcək.

AÇ-2024
D qrupu

21 iyun

Polşa – Avstriya 1:3
Qollar: Pyontek, 30 – Trauner, 9. Baumqartner, 66. Arnautoviç, 79-pen.
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Berlin. “Olimpiya” stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp