Azərbaycanın daha 2 idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Futbolinfo.az xəbər verir ki, Serbiyanın Belqrad şəhərində keçirilən üzgüçülük üzrə Avropa çempionatının nəticələrinə əsasən təmsilçilərimiz – Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə rəsmi dəvət əsasında Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 14-dək keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp