“Polşa ilə matçda inanılmaz oynadıq”. Bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Polşaya qalib gəldikləri AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis qarşılaşmanın ilk 20 dəqiqəsinin onlar üçün mükəmməl keçdiyini söyləyib: “İlk 20 dəqiqə əla alındı. Hesabda öndə olduqdan sonra səhvlər etməyə başladıq və tez-tez topu itirdik. İkinci hissədə dəyişikliklər oldu və bunu etdikdən sonra tam nəzarəti ələ keçirdik. Polşa ilə matçda inanılmaz oynadıq. Niderland ilə oynayacağımız qrupun son görüşündə ən azı 1 xal qazanmaq istəyirik”.

Qeyd edək ki, D qrupunun matçında Avstriya Polşa yığmasına qalib gəlib – 3:1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp