“Müəyyən risklər etdik, lakin istəyimizə çata bilmədik”. Bunu Polşa millisinin baş məşqçisi Mixal Probej Avstriya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

O, məğlubiyyətin səbəbləri barədə danışıb: “Rəqib ikinci qolu vurduqdan sonra daha dəqiq oynayırdı və yekunda qalib gəldilər. Müəyyən risklər etdik, lakin istəyimizə çata bilmədik. Zədəli futbolçularımız var. Növbəti oyuna köklənməyə çalışacağıq”.

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün D qrupunun matçında Polşa Avstriya yığmasına məğlub olub – 1:3.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp