“Hər iki komanda gərgin futbol oynadı”. Bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Niderland ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

O, qol vura bilmədikləri üçün təəssüflənir: “Təəssüf ki, bu görüşdə qol vura bilmədik. Hər iki komanda gərgin futbol oynadı, futbolçularımın göstərdikləri oyundan razı qaldım. Baxmayaraq ki, hücumda effektli ola bilmədik və qol gəlmədi. Buna görə məyusam. 1/8 finala yüksəlmək üçün qarşıdakı matçda qələbə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, Fransa və Niderland yığmaları turnirdə ilk qolsuz heç-heçəyə razılaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp