“Heç-heçənin qələbəyə bərabər olduğunu deməzdim”. Bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Fransa ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Fransa kimi komandalara qarşı mübarizə aparmağın çətin olduğunu söyləyib: “Cəsarətli oynamağa çalışdıq. İstəyirdik ki, daha sürətli olaq və topu özümüzdə çox saxlayaq. Bizim hələ də böyüməyə ehtiyacımız var. Heç-heçənin qələbəyə bərabər olduğunu deməzdim. Lakin düşünürəm ki, fransızlar da bu nəticədən narazı deyillər”.

Qeyd edək ki, D qrupunun matçında Niderland Fransa yığması ilə heç-heçə edib – 0:0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp