Türkiyənin “Tuzlaspor” klubundan ayrılan Bəxtiyar Həsənalızadənin vəyənə dönmək ehtimalı böyükdür. Təcrübəli mərkəz müdafiəçisi ilə 4 klubumuz maraqlanır. Amma “Sumqayıt”, “Səbail” və “Kəpəz”lə müqayisədə onun “Araz-Naxçıvan”da görünmək ehtimalı daha yüksəkdir.

– Hazırda karyeranla bağlı vəziyyət necədir?

– Sakitçlikdir. İndi özüm ölkə xaricindəyəm, dincəlirəm. Komanda məsələsini istirahətdən qayıdandan sonra həll etməyi düşünürəm.

– Ötən mövsümü keçirdiyin “Tuzlaspor”la bağlı problemlərin olduğu deyilir…

– Bəli, orada bəzi məsələlər hələ də açıq qalır. Amma demək olar ki, komandadan ayrılmışam. Sadəcə, məsələnin rəsmi tərəfi qalıb.

– Konkret olaraq problem nədir?

– Komandanın mənə borcu var.

– Nə zaman həll olunacaq?

– İyunun sonuna qədər həll olunmalıdır.

– “Araz-Naxçıvan”la anlaşdığın deyilir…

– Ad çəkmək istəmirəm. Amma bir neçə klubla danışıqlar olub. Rəsmi məsələlərin həll edilməsini gözləyirəm.

– Ölkə xaricinə yollanmaq variantı var?

– Menecerlər bir neçə ölkə təklif ediblər. Amma dediyim kimi, gözləmək məcburiyyətindəyəm.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp