Fransa millisi Kilian Mbappenin iştirakı olmadan böyük turnirlərdə üç oyun keçirib. “Xoruzlar” bu matçların heç birində qol vura bilməyib.

Komanda son olaraq Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində Niderland ilə qolsuz heç-heçə edib. Daha əvvəl hücumçunun Avstriyaya qalib gəldikləri matçda (1:0) burnu sınmışdı. Bu səbəbdən dünən o, meydanda görünmədi.

Forvard əsas millidə çıxış etdiyi vaxtda böyük turnirlərdə yalnız üç qarşılaşmada meydana çıxmayıb. Bundan əlavə, fransızlar Mbappenin start heyətində yer almadığı son 6 matçda qələbə qazanmayıb – 4 heç-heçə, 2 məğlubiyyət.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp