Kilian Mbappe və PSJ məhkəməyə baş vura bilər.

Futbolinfo.az “Todoficajes”ə istinadən xəbər verir ki, fransalı hücumçu maaş və bonuslar borcuna görə Liqa 1 nəhəngindən təxminən 100 milyon avro tələb edir.

PSJ bu pulu ödəməkdən imtina edir və klub prezidenti Nasser Əl-Xələfi Mbappe ilə yazılı razılaşmaya istinad edir. Bu müqavilədə futbolçu azad agent kimi ayrılacağı təqdirdə, parislilərə maddi ziyan vurmamağa razılaşıb. Ümumiyyətlə, məsələ məhkəməyə qədər gedə bilər.

Mbappe yayın əvvəlində “Real”la 5 illik müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp