Ərturul Ərdoğan Şarunas Jasikyaviçyusun köməkçisi vəzifəsinə təyin edilib.

Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis “Fənərbağça”nın rəsmən məşqçilər korpusuna qoşulub.

2023/24 mövsümündə Rusiyanın “Runa” komandasının baş məşqçisi olan Ərdoğan əvvəllərdə “Fənər”də köməkçi vəzifəsində çalışıb. O, 2000-2013-cü illərdə İstanbul klubunun heyətində olub.

Jasikyaviçyusun digər yeni köməkçisi David Qarsia Kabrera təyin edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp