Amerikalı sprinter Şa’Karri Riçardson 100 metr məsafəni 10,88 saniyəyə qaçaraq qalib gəlib.

Futbolinfo.az xəbər verir ki, hadisə, Paris Olimpiadasının seçmə mərhələsi olan ABŞ çempionatında baş verib.

Yarışın nəticələri:
Şa’Karri Riçardson – 10,88;
Melissa Cefferson – 10,91;
MakKenzi Lonq – 10,94;
Elea Hobbs – 10.97.

Hadisəni maraqlı edən məqam, idmançının ayaqqabısının bağları açıq ola-ola qaçmasıdır. Ekstravaqant atlet hazırda yaxşı fiziki formadadır.

Xatırladaq ki, Riçardson Tokio Olimpiadasını dopinq səbəbiylə buraxmışdı.

2a23b884 465b 4dd4 b603 ca456ce48a14 - Futbolinfo.az
13ffe8c4 b5c1 44a9 8236 c9f10edd7c69 - Futbolinfo.az
f6a126d2 8844 42e8 80be b2cd29183e2a - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp