“Gürcüstan böyük turnirdə qazanılan ilk xaldan həzz alacaq”. Bunu Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Çexiya ilə heç-heçə (1:1) etdikləri Avropa çempionatının qrup mərhələsinin II turunun oyunundan sonra deyib.

Mütəxəssis çox uzağa getməyəcəklərini də etiraf edib: “Bilirik ki, biz Avropa çempionu olmayacağıq. Fasilədə paltardəyişmə otağında hisslər qarışıq idi. Çünki qalibiyyət əldə etmək imkanımız oldu. Gürcüstan xalqı bu nəticəni özünəməxsus şəkildə qeyd edəcək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp