“Bu hesabla qalib gəlmək bizim üçün vacib idi”. Bunu Roberto Martines Türkiyəyə qalib gəldikləri (3:0) Avropa çempionatının qrup mərhələsinin oyunundan sonra deyib.

Portuqaliya millisinin baş məşqçisi inkişaf etmək istədiklərini bildirib: “Bu gün yaxşı müdafiə olunduq. Çexiya ilə ilk görüş çətin keçmişdi. Bir çox futbolçumuz start heyətində oynamağa layiqdir. Yığmada hər oyunçunun mühüm rolu var”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp