“Qalib gəldiyimiz üçün xoşbəxtik”. Bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində Rumıniyaya qalib gəldikləri (2:0) matçdan sonra deyib.

Təcrübəli mütəxəssis bir neçə qol şansından yararlana bilmədiklərini söyləyib: “Qələbə qazandıq və bir az rahatladıq. İndi növbəti qarşılaşmaya köklənməliyik. Hansı nəticənin olacağını birlikdə görəcəyik”. Qeyd edək ki, Belçika millisi iyunun 26-da Ukrayna ilə üz-üzə gələcək. Həmin matçda uduzmamaq 1/8 finala çıxmaq üçün yetərlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp