“Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyev Azərbaycana gəlib. Qərblilər Ayxan Abbasovun xələfi ilə 2+1 illik müqavilə bağlayıb.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis artıq bu həftə komandanın hazırlığına start vermək niyyətində imiş. Lakin futbolçular istirahətlərini erkən pozmayıb. Onlar müxtəlif planlar qurduğundan toplanışın startı ayın sonunadək ertələnib.

Berdıyev özü ilə yeni futbolçular da gətirir. Maraqlıdır ki, o, Rusiyanın aşağı liqasında oynayan iki əvəzedici qapıçını “Turan Tovuz”a layiq bilib. Bölgə klubunun hər iki qapıçısı Rusiyadan gəlir. Onlardan biri “KamAZ”dan, digəri Mahaçqala “Dinamo”sundan seçilib. Yeni baş məşqçi digər xəttlərə də özü ilə legioner gətirmək niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp