“Neftçi”dən ayrılan Eddi İsrafilov tezliklə seçim edəcək. Milli komandamızın üzvünün ölkəmizdə qalmaq ehtimalı az deyil.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi “Sabah”dan təklif alıb. Onunla iki illik müqavilə bağlanması planlaşdırılır. Amma futbolçu “Boluspor”dan da dəvət aldığı üçün seçim edir. Türkiyə klubunun şərtləri daha yaxşı olarsa, Eddi legioner həyatı yaşayacaq.

İsrafilovun “Neftçi”dən ayrılarkən etdiyi payaşımın da səbəbi bəlli olub. Onun “Neftçi” rəhbərliyini tənqid etməsinin səbəbi aldadılmasdır. Futbolçu qışda iki illik yeni müqavilə təklifi alıbmış. Amma bir neçə gün öncə ona yalnız bir mövsümlük anlaşma təklif edilib. Bundan narazı qalan İsrafilov isə vidalaşmağa qərar verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp