“Sabah” yarımmüdafiəçi Kristian da Silva ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, da Silva 2022-ci ilin fevral ayından “Sabah”da çıxış edirdi. O, paytaxt klubunda ümumilikdə 54 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp