AFFA İcraiyyə Komitəsi növbəti dəfə bir araya gələcək. Qurum üzvləri iyulun ilk günlərində toplaşmağı qərara alıb.

Futbolinfo.az xəbər verir ki, hələlik toplantının Gündəliyi bəlli deyil. Lakin bu dəfə əsasən AFFA daxilində islahatların startının veriləcəyi gözlənilir. Bir sıra struktur dəyişiklikləri, federasiya, komitə və departametlərdə dəyişikliklər planlaşdırılır.

Növbəti ayın əvvəli bir sıra təyinatlarla da yadda qalacaq. AFFA prezidenti Rövşən Nəcəf bir neçə posta öz kadrlarını gətirməyi qərara alıb. İslahatların hansı miqyası əhatə edəcəyi qarşıdakı günlərdə dəqiqləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp