Rusiya millisinin sabiq məşqçisi Boris İqnatyev “Turan Tovuz”la anlaşan Kurban Berdıyevin addımını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 83 yaşlı mütəxəssis həmkarının Azərbaycana köçmək qərarını müsbət qiymətləndirib: “Söhbət ondan gedir ki, Berdıyevə müqavilə təklif edilib və təqdim olunan şərtlərlə razılaşıb. Hər şey üst-üstə düşüb: onun istəyi, hədəfi və klubun imkanları. Berdıyev Rusiya futbolu üçün çox iş görüb. Rusiya futbolunda özünə yer tapa bilərdi. Amma məşqçi həyatı belə keçir. Kiminsə istəyinin futbolumuzda hansısa formada qəbul edilməsi vacib deyil. Bəzən bilikli, bacarıqlı məşqçilər işsiz qalırlar. Azərbaycan futbolunda işləməyin pis olduğunu düşünmürəm. Ancaq Rusiya futbolu belə bir insanı bir müddətlik itirdi”.

Qeyd edək ki, Kurban Berdıyevin “Turan Tovuz”un yeni baş məşqçisi olması gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp